 Amerikalı aktrisa və prodüser Cessika Çesteyn Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Amerikalı aktrisa və prodüser Cessika Çesteyn Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.ANmedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz instaqram hesabında bildirib.
“Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox qiymətlidir. Bunun sayəsində dünya ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti daha çox eşidəcək, biləcək və başa düşəcək. Dəstək üçün təşəkkür edirəm!”, - Zelenski yazıb.
“Ukrainskaya pravda”nın xəbərinə görə, Kiyevdə səfərdə olan C. Çesteyn “Oxmatdet” xəstəxanasına gedib. Orada ona hərbi vəziyyət zamanı tibb mərkəzinin fəaliyyəti haqqında məlumat verilib. Aktrisa Xerson və Çerniqovdan olan uşaqları ziyarət edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








