ANmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə, azərbaycanlı hərbçinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən Azərbaycan torpağıdır. Təbii ki, Azərbaycan öz torpaqlarına heç bir qanunsuz silahlı ünsürləri olmasını istəmir. Üçtərəfli bəyanatın qəbulundan təxminən iki il vaxt keçib. Ermənistanın buradakı şərtləri dərhal yerinə yetirməsi çox vacibdir”, - Ərdoğan qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin