Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyinat həyata keçirib.
Anmedia.az xəbər verir ki, sarəncama görə, Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin