Şimali Atlantika Alyansı Gürcüstana NATO-nun Aralıq dənizində dəniz təhlükəsizliyini təmin etmək əməliyyatında fəal iştiraka görə operativ tərəfdaş statusu verib.Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze məlumat verib.
N.Şaradze bu barədə Potidə Gürcüstan Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümünün qeyd edilməsi münasibətilə keçirilən tədbirdə bəyan edib.
Gürcüstan sərhəd polisi rəhbərinin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.
Mənbə: İnterfax
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








