Xatırladaq ki, baş nazir istefa niyyətini bu gün hökumətin iclasında açıqlayıb. O, dövlət başçısına müvafiq ərizəni təqdim edəcəyini bildirib.
21:16
İtaliyanın baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Onun mətbuat xidmətinin cümə axşamı verdiyi məlumata görə, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı dövlət başçısı, prezident Sercio Mattarellaya çatdıracağını bildirib.
“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təqdim edəcəyəm”, - hökumətin mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin