
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib.
Anmedia.az-ın xəbərinə görə, aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda BŞİH aksiyanın keçirilməsinə razılıq vermədiyini bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi də iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.
DİN-dən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin