
“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Bu münasibətlərin dünyada bənzəri yoxdur”.
Anmedia.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək: “Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin