Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə deyil, parlamentlərarası əlaqələrin də inkişafına mühüm töhfə verəcək.
Anmedia.az xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.
“Biz istəyirik ki, səsimiz qlobal səviyyədə duyulsun. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürdüyümüz yeganə təşəbbüs deyil. Digər təşəbbüs isə Gənclər Şəbəkəsidir. Gələn ay Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək. Gənclər Şəbəkəsinin toplantısı Bakıda keçiriləcək”, - dövlət başçısı bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin