Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa inteqrasiyasına dəstək göstərmələri üçün Avropa İttifaqına üzv bir neçə ölkənin liderinə müraciət edib. xəbər verir ki, bu barədə prezident rəsmi "Twitter" hesabında məlumat paylaşıb.
Salome Zurabişvili İsveçin baş naziri Maqalena Andersoniyə, İrlandiya prezidenti Maykl Hiqinsisaya və Niderlandın baş naziri Mark Ruteyə video müraciət edərək, Gürcüstanın Avropaya inteqrasiyasına dəstək göstərmələrini istəyib.
Qeyd edək ki, 23-24 iyun tarixlərində Avropa Şurası Gürcüstan, Ukrayna və Moldovaya İttifaqa üzvlüyə namizəd ölkə statusunun verilib-verilməməsi ilə bağlı qərar qəbul edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








