Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq Rusiyanın Sibir Federal Dairəsinin hər yerindən 100-dən çox insanın iştirak etdiyi AMOR Sibir Forumu keçirilib. Forumun əsas məqsədi AMOR-un regional və mərkəzi bölmələri arasında daha səmərəli qarşılıqlı fəaliyyət üçün platforma yaratmaq, həmçinin Abakan, Barnaul, Blaqoveşensk, Kemerovo, Novokuznetsk, Novosibirsk, Norilsk və Omsk kimi təşkilatın ən ucqar regional bölmələrinin nümayəndələri arasında canlı ünsiyyət və əməkdaşlığı təmin etməkdir.Forum zamanı regional bölmələrin nümayəndələri könüllülük, ekologiya və sağlam həyat tərzi sahəsində ideyaları müzakirə edib, cari və qarşıda duran tədbirlər haqqında məlumat mübadiləsi aparıblar. AMOR-un Krasnoyarsk bölməsi Sibir Federal Universitetində təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətini təqdim etməklə öz təcrübəsini qonşu rayonlarla bölüşüb. Daha sonra regional bölmələrin inkişaf vektoru qeyd edilib və qarşıda duran hədəflər müəyyən edilib.
Forum iştirakçıları Krasnoyarsk diyarının Xalqlar Dostluğu Evi, eləcə də uşaq evinə baş çəkib, təşkilatın ənənəvi ekoloji aksiyasına çevrilmiş ağac əkimini həyata keçirib. Bu aksiyada yerli gənclər və uşaq evinin sakinləri da iştirak edib.
Xatırladaq ki, Krasnoyarskda keçirilən forum AMOR-un beşinci regionlararası forumu olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin