Lakin taleyin amansız oyunu olsa gərək Aişənin özünün indi həkimlərin köməyinə ehtiyacı var. Səhhəti hər keçən gün daha da pisləşir. Təcili əməliyyat olunmasa...
Hacızadə Aişə Ramil qızı 2011-ci il noyabrın 2-də anadan olub. Onun anadan olması ailəsinə böyük sevinc və xoşbəxtlik gətirib. Lakin valideynlərinin bu sevinci çox çəkməyib. Üç yaşında Aişənin qarnı naməlum səbəbdən şişməyə başlayıb. Həmin gündən ailənin yuxuları ərşə çəkilib. Bakıdakı bir çox tanınmış xəstəxanalara, özəl klinikalara aparsalar da balaca Aişənin xəstəliyinin səbəbini tapa bilməyiblər. Ailə min bir ümidlə getdiyi İrandan da əliboş qayıdıb. Orada da uşağın xəstəliyinə bir əlac tapan olmayıb. Əlacsız qalan ailə Aişənin qanından və qaraciyərindən nümunəni analiz üçün Türkiyəyə göndərib. Oradan gələn cavab ailəni pərişan edib. Belə ki, analizin təhlillərinə görə, həkimlər Aişəyə qaraciyərin sirrozu diaqnozu qoyublar.
Uzun müddət müalicə alan balaca Aişənin səhhətində ciddi irəliləyiş olmur. Bir neçə gün qabaq, iyunun 18-də axşam saatlarında vəziyyəti qəfil pisləşdiyindən valideynləri təcili onu xəstəxanaya çatdırırlar. Aparılan müayinələrdən sonra həkimləri dedikləri Aişənin valideynlərini şoka salır: 10 gün müddətində təcili əməliyyat olunmasa Aişə həyatını itirəcək.
Həkimlərin sözlərinə görə, Aişənin vəziyyəti çox kritikdir, tez bir zamanda donor tapılmalı, qaraciyəri dəyişdirilməlidir. Bunun üçünsə 60 min manat tələb olunur. Lakin Aişənin valideynlərinin bu məbləği ödəmək üçün imkanları yoxdur. Anasının qazancı ailənin dolanışığına güclə çatır. Atası isə astma-bronxit xəstəliyindən əziyyət çəkir, uzun müddətdir ki, işsizdir.
Əlaqə üçün:Zamin Mahmudov (Aişənin dayısı): (055) 320-12-56Zülfiyyə Hacıyeva (Aişənin anası): (070) 336-33-13
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin