Azərbaycan Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Anmedia.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsindən məlumat verilib.
Sentyabr ayının 18-19-da baş tutacaq konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı;
- Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması.
Təqdim olunacaq məruzələrin arasından Təşkilat Komitəsi tərəfindən seçilən iştirakçılar konfransa ayrıca dəvət alacaqlar.
Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada təqdim olunmalı və aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:
- Microsoft Word (A4) formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağıdan - 2 sm).
- Məruzənin həcmi 15 000-20 000 işarə arasında;
- Məruzənin adı 12 şriftlə, böyük hərflərlə, tünd (bold);
- Müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam açıq şəkildə), 12 şriftlə;
- Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – 11 şriftlə, yeni sətirdə;
- Xülasə – 11 şriftlə, maksimum 1 000 işarə.
Məruzə mətninin strukturu aşağıdakı kimi tövsiyə olunur:
- Problemin qoyuluşu
- Təhlil və qiymətləndirmə
- Nəticə
- Ədəbiyyat siyahısı (əlifba sırası ilə) 11- sriftlə
Məruzələr elektron formada 18 avqust 2022-ci il tarixinə kimi Təşkilat komitəsinin məsul katibi i.e.d. R.Sabirə (resmiyyesabir@gmail.com ünvanına) göndərilməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin