Bunu Anmedia.az-a Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşü şərh edən politoloq Elman Vəliyev bildirib.
Politoloq vurğulayıb ki, növbəti görüşüdə üçüncü tərəf Moskvadır. Aİ Rusiyanın başının çox qarışdığının fərqindədir və bundan maksimum yararlanmağa çalışır:
“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında vasitəçi olmaqla həm tərəfləri özünə yaxınlaşdırmaq, həm də bölgənin prespektivlərindən faydalanmaq istəyir. Görüşdən dərhal Rusiya xarici işlər naziri Sergey Lavrovun hər iki həmkarı ilə telefon danışığı oldu. Əminəm ki, Lavrov olan-bitən haqqında məlumat aldı və hər iki tərəfin nəbzini öyrəndi. Kremlin Paşinyana təzyiq üçün İrəvandakı aksiyalara dəstək verəcəyinə əminəm. Ancaq bu, o vaxt ola bilər ki, Paşinyan Moskvanın əksinə addımlar atsın.
Bütün bu proseslər Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində davam edəcək. Ermənistan anklavların tarixi statusu ilə barışmaq məcburiyyətindədir! Həmçinin nəqliyyat və kommunikasiya məsələləri də həll edilməyə başladılıb. Azərbaycan "Ermənistan ərazisindən" Naxçıvana gedib-gələ biləcək. Yəni Zəngəzur dəhlizi proyekti fəaliyyətdədir”.
Pəri
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin