Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsveçlə diplomatik əlaqələrin 30 illiyi münasibətilə paylaşım edib.
Anmedia.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşımda qeyd olunub.
“Bu gün Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə İsveç Krallığının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişafını gözləyirik”, - paylaşımda deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin