Hər il təxminən 150 min şagird I siniflərdə tədrisə başlayır.
Anmedia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, I siniflərə elektron şagird qəbuluna mayın 4-dən başlanılıb. Mayın 6-dan isə Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi başlayacaq:
“Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində heç bir prosedura ehtiyac yoxdur, artıq avtomatik olaraq həmin qruplarda təhsil alan 90 minə yaxın şagird I sinfə qəbul olunub. Həmin şəxslər sadəcə mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər. Birbaşa I sinfə gedəcək şagirdlər şəxsi kabinet açaraq mayın 6-dan məktəb və sinflərini seçirlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin