
Sabah Ramazan ayının on üçüncü günüdür.
525.az xəbər verir ki, sabah imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.
İmsak duası:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”
Tərcüməsi:
“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”
İftar duası:
“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”
Tərcüməsi:
“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul eləsin!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin