Peşəkar Futbol Liqası azarkeşlərlə bağlı məlumat yayıb.
Anmedia.az-ın məlumatına görə, qurumun rəsmi saytında yer alan xəbərdə qeyd olunub ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar növbəti turdan etibarən Azərbaycan Premyer Liqasının və I Divizionun oyunları zamanı stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.
- Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan Peşəkar Futbol Liqası azarkeş limiti ilə bağlı dəyişiklik edib. Ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək I Divizionun XIX və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.
Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin