Bakıda Avropa İttifaqı və Azərbaycan arasında növbəti Təhlükəsizlik Dialoqu keçiriləcək.
Anmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora tviterdə yazıb.
“Azərbaycan rəsmiləri ilə görüşlər keçirmək və III Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna sədrlik etmək üçün Bakıdayam. Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələri ümumi problemləri həll etmək üçün daha sıx əməkdaşlıq tələb edir. Aİ regionda sülh və təhlükəsizliyə qətiyyətlə sadiqdir”, - o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin