Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Anmedia.az xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub.
Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin