
Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.
Anmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün tviter hesabında paylaşım edib:
“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik”.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin