Bu gün ölkəmiz tarixi zəfərimizin yaratdığı reallıqlar fonunda qarşıya qoyulan hədəflərə doğru sürətlə irəliləyir. İşğaldan azad olunmuş Qarabağda abadlıq- quruculuq və bərpa işləri geniş vüsət almaqdadır. Bu ərazilərin bərpası və inkişafı cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri bunun əyani göstəricisidir.
Etiraf etmək lazımdır ki, vəhşi erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş ərazilərdə sıfırdan şəhər və kəndlər tikmək, cəmi bir neçə aya beynəlxalq hava limanı, yüz kilometrlərlə yol, müasir infrastruktur, ağıllı yaşayış məntəqələri inşa etmək heç də asan iş deyil. Lakin Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gəlir, bütün dünyanı heyrətləndirir. Çünki ölkəmiz qüdrətlidir, güclü iqtisadiyyatı və qətiyyətli, bacarıqlı lideri var.
Artıq bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqların müəllifi güclü, qüdrətli Azərbaycandır! Ermənistan və uzun illər ona dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar da bu reallıqları qəbul edir.
Bu gün Azərbaycan iqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması, regionda yeni əməkdaşlıq formatlarının yaradılmasını dəstəkləməklə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışır. Bu gün bütün dünya Qarabağda reallaşan nəhəng regional layihələrin icrasını heyranlıqla izləyir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması, nəzərdə tutulmuş layihələrin reallaşması təkcə Azərbaycan üçün yox, bölgə üçün də geniş perspektivlər vəd edir.
Prezidentimiz cənab İlham Əliyevin də vurğulamış olduğu kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Bəli, artıq heç kimin şübhəsi yoxdur ki, Qarabağ erməni işğalı dövründə olduğu kimi, münaqişə bölgəsi deyil, regional əməkdaşlığın simvoluna çevriləcəkdir.
Vüsal Yusifov,
YAP Qaradağ rayon təşkilatının əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin