
Müasir sivilzasiyanın təməli və metallurgiyanın dünyada rolu.
Adətən böyük inkişafların başlanğıcında ilk başda xırda gürünən hansısa amil olur. Bunlardan başlıcası od ilə tanışlıq və daha sonra metalın kəşfi və daha sonra metallurgiyanın inkişafıdır. Metallurgiya – metalların əldə olunması və işlənməsi elmi və sənayesidir. Metallurgiya müasir sivilzasiyanın təməlidir. Müasir dünyanın memarı elmi və texnologiyası güclü olan dövlətlərin sayılması hamıya məlumdur. Ancaq bu gücün özəyində dayanan yeganə sahə metal sənayesinin inkişafıdır. Yəni dünyanın əsl formalaşdırıcıları – metallurgiyanın əhəmiyyətini zamanında anlayan və onu inkişaf etdirən mütəxəssislərdir. Əsl inqlab o səhnin kəşfi və inkişaından başlanıb. O sahədə dünya alimləri ilə yanaşı azərbaycalı alimlərin də rolu böyük olub. İndiyə qədər olan dörd sənaye inqilabının hər birinin təməlində bu sahənin izi görünür. Bəlkə də bir gün tarixçilər metallurgiya ilə bağlı bütün texnoloji sıçrayışları vahid bir “metallurgiya inqilabı” kimi adlandıracaqlar. Əgər bir gün metaldan tam asılı olmayan yeni bir dövr başlasa, o təsəvvür olunmaz bir inqlab olacaq. Amma bu, hələlik yalnız xəyal kimi görünür.
Tarixə nəzər salsaq görərik ki, qədim dövrlərdə insanların möhtəşəm tikililəri – ehramlar, məbədlər, qalalar – əsasən müxtəlif mineral tərkibli daşlardan, taxta materialından və az miqdarda metaldan istifadə olunaraq inşa olunurdu. Bu strukturlar öz dövrünün texnologiyasını və bilik səviyyəsini əks etdirirdi. Orda əsas material daş idi və o çox qiymətli sayılırdı. Lakin müasir dövrə gəldikdə, insanlığın yaratdığı “möcüzələr” artıq yalnız təbiətin verdiyi daşlarla deyil, daha çox metallurgiya sənayesinin imkanları ilə formalaşır.
Metallurgiya olmasaydı, bu gün texnoloji inkişafdan danışmaq mümkün olmazdı. Məsələn: elektrik enerjisinini təmin edən sistemlər, interneti təmin edən cihazlar, telefon və komyuter istehsalı və onlarda istifadə olunan mikrosxemlər, naqillər və server sistemləri, radiodalğaları yaradan sistemlər, KİV-in inkişafını təmin edən bütün vasitələr – hamısı metallardan istifadə olunur.
İndi super güclü dövlətlərin formalaşmasının özəyində də bu sahə dayanır. Ən müasir silahlar və müdafiə sistemləri, hətda tibdə istifadə olunan avadanlıqlar və insan orqanına yerləşdirilən cihazlarda belə metallurgiya öz sözünü deyir.
Nəqliyyat vasitələri – avtomobillər, qatarlar, gəmilər, təyyarələr, hətta velosipedlər belə – metallurgiya məhsullarıdır. Diqqət etsəz bu ticarətin lokal səviyyədən qlobal səviyyəyə qədər qalxmasına da təsir edib. NASA-nın kosmik gəmiləri, süni peyklər və Ay missiyaları metal olmadan qeyri-mümkün olardı. Bu gün dünyada baş verən böyük infrastruktur layihələri – göydələnlər, körpülər, tunellər, neft emal sanayesi, bütün istehsal zavodları – hamısı metal olmadan mümkün deyil.
Hələ bu sahədə işləyərək böyük milyonlar qazanmış insanlar da var. Metallurgiya yalnız texniki və sənaye inkişafı üçün deyil, həm də iqtisadi baxımdan böyük imkanlar təqdim edir. Bu sahə bir çox sahibkar və mütəxəssis üçün uğur və rifah mənbəyinə çevrilmişdir. Hətda dünya ölkələrinin valyutalarının əsasıda (qızıl, gümüş, platin) bu sahəyə dayanır.
Elm sahəsinə gəldikdə isə, bu gün fərqli sahələrin bir çox alim və tədqiqatçının araşdırma mövzusunda metallurgiyanın izi var. İstər material elmləri, istər fizika, kimya, enerji və ya hətta kosmosla bağlı sahələrdə – metallurgiya bilavasitə və ya dolayı yolla bu tədqiqatların əsas dayağıdır.
Əgər metallurgiya sahəsi birdən-birə yoxa çıxsaydı, insanlıq texnoloji baxımdan sanki orta əsrlərə qayıtmış olardı. Cəmiyyətin bütün sahələri – tikinti, texnologiya, səhiyyə, müdafiə və hətta sənət – bu sahədən asılı vəziyyətdədir.
Bütün bu faktlar göstərir ki, metallurgiya yalnız sənaye sahəsi deyil, eyni zamanda müasir dünyanın onurğa sütunu, görünməz gücüdür. Biz onu gündəlik həyatımızda çox zaman hiss etmirik, amma ətrafımıza diqqətlə baxsaq, hər addımda onun izlərini görmək mümkündür.
Nəticə olaraq, metallurgiya sadəcə metal əridən soba və ya zavodlar deyil – o, müasir sivilizasiyanın təməlidir. Bu sahə inkişaf etdikcə, bəşəriyyətin yaratdığı “möcüzələr” də bir o qədər möhtəşəm və təsirli olacaqdır.
Yekunda bunu qeyd edə bilərəm ki, metallurgiya inkişaf etməsəydi, dünya indiki qədər (həm informasiya, həm də iqtisadi cəhətdən) qloballaşmazdı, sənaye inqlabları bu istiqamətdə baş verməzdi, iqtisadi güc indiki kimi olmazdı, hərb, tibb, neft, müxtəlif tikililər və s. bu qədər inkişaf etməzdi. Əgər metal yoxdursa, texnologiya da yoxdur. Bir sözlə “metallurgiya inqilabı” yeni mədəniyyət yaratdı.
Nicat İsayev
Neft Kimya Prosesləri İnstitutunun doktorantı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin