Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 2 980,7 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 5,7% çoxdur. Dövlət Statistika Komitəsindən Anmedia.az-a verilən məlumata görə, nəqletmənin 77,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 2 299,9 min ton neft Ardı
Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 372,6 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 7,8% azdır. Dövlət Statistika Komitəsindən Anmedia.az-a verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 404,1 mln. manat səviyyəsində olub. Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat Ardı
Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, aşağı və ya güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin gəliri Azərbaycanda vergiyə cəlb olunacaq. Dövlət Vergi Xidmətindən Anmedia.az-a verilən məlumata görə, bu Vergi Məcəlləsində edilən dəyişikliklərdə öz həllini tapıb. Burada əsas məqsəd rezidentlərin öz gəlirlərini aşağı və ya Ardı
Hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib. Anmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Yeni Ardı
2021-ci ildə Azərbaycanda elektrik enerjisi üzrə 212 ədəd (56 ədədi 0,4 kV-luq şəbəkədən, 156 ədədi isə yüksək gərginlikli şəbəkədən) elektrik qurğusu üçün istismara buraxılış aktı verilib. Bu barədə Anmedia.az-a Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyindən bildirilib. Məlumata görə, elektrik qurğuları üçün istismara buraxılış aktının Ardı
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Anmedia.az xəbər verir ki, avronun məzənnəsi 0,2 % azalaraq 1,9243 manat, Rusiya rublunun məzənnəsi isə 1,8% artaraq 0,0223 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1,9243 1 Rusiya rublu 0,0223 1 Avstraliya Ardı
"2021-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2020-ci ilə nisbətən 47,2% artıb və bu, ən yüksək tarixi göstəricidir". Anmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. "Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir", - deyə o, qeyd edib. Ardı
"Invest- AZ İnvestisiya Şirkəti"nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR FED-in faiz artımı sürətinin yüksələ biləcəyi proqnozları fonunda avro da təzyiq altındadır. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1,12 ABŞ dollara qayıda bilər. Bununla yanaşı, çərşənbə axşamı Bakı Ardı
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar. Anmedia.az xəbər verir ki, aqroparkın icraçı direktoru Elman Kərimov dövlət başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verib. Bildirildi ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının Ardı
Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 1,781 mlrd. mlrd. manat xərclənib. Anmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% artıb, aylıq müqayisədə isə 3,3 dəfə azalıb. Ərzaq məhsullarına xərclənən vəsaitlər Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.