
Səudiyyə Ərəbistanı ordusu gecə ərzində İrandan atılan 27 pilotsuz uçuş aparatını (PUA) vurub.
ANmedia.az xəbər verir ki, bu barədə ərəb ölkəsinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, biri istisna olmaqla, bütün dronlar ölkənin şərqində yerləşən Əş-Şərqiyyə bölgəsinin üzərində vurulub.
Bir PUA isə Ərəbistanın şimalındakı Əl-Cauf əyalətinin səmasında məhv edilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








