Bakının 2020-2040-cı illəri əhatə edən Baş Plan layihəsinin aidiyyatı dövlət qrumları ilə razılaşdırılması işləri yekunlaşdırılıb.
Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənəddə həmçinin deyilir ki, ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı ilə yanaşı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Dəliməmmədli, Qovlar, Göytəpə şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işlər davam edtirib.
Xatırladaq ki, Bakının Baş Planının ilkin versiyası 2020-ci ilin oktyabrın 9-da ictimaiyyətə təqdim edilib. Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 ildə şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin