
Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub.
ANmedia.az Report-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir:
Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir:
"Gürcüstanda siyasi sabitlik var. Bunun təminatçısı gürcü xalqı və sizin apardığınız siyasətidir. Azərbaycan və Gürcüstan arasında ötən il ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu ilin ilk rübündə yenə də artım yüksəkdir. Belə getsə, ilin sonuna bəlkə də 1 milyard rəqəminə çatarıq".
Prezident bildirib ki, Gürcüstandakı mövcud olan müsbət investisiya iqlimi Azərbaycan sərmayədarları həvəsləndirir:
Prezident bildirib ki, Gürcüstandakı mövcud olan müsbət investisiya iqlimi Azərbaycan sərmayədarları həvəsləndirir:
"Bu günədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırılıb. Bu gün həm Azərbaycan, həm də Gürcüstanla əlaqəli yeni investisiya layihələri haqqında fikir mübadiləsi apardıq. Ola bilər ki, nə vaxtsa üçüncü ölkələrə birgə sərmayə qoyuluşu nəzərdən keçirilsin".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








