Azərbaycan Mərkəzi Bankının (AMB) və "Azərbaycan Sığortaçılar Assosiasiyası"nın (ASA) İctimai Birliyinin rəhbərliyi Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Sığorta Forumu və Konqresində iştirak edir.
Anmedia.az xəbər verir ki, bu barədə ASA məlumat yayıb.
Məlumata görə, AMB-nin baş direktoru Ziya Əliyev tədbirdə "Azərbaycan sığorta sektorunun inkişaf mərhələləri və beynəlxalq əməkdaşlıq imkanları" mövzusunda çıxış edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin