Qlobal ETF-lər (exchange traded funds – birja investisiya fondları) fevralda 2,1 mlrd. ABŞ dolları dəyərində 35,3 ton qızıl alıb.
Anmedia.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council – WGC) açıqlamasında deyilir. WGC izah edir ki, artımın aparıcı amilləri davamlı yüksək inflyasiya və qızıl qiymətlərinin artmasına səbəb olan Ukrayna hadisələri fonunda artan geosiyasi risklər olub.
Ümumilikdə, ilin əvvəlindən qlobal ETF-lər təxminən 4,9 mlrd. dollarlıq 81,5 ton qızıl alıb. Fevralın sonunda qlobal ETF-lərdə qızılın həcmi 3 650,6 tona, dəyəri isə 224,3 mlrd. dollara çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin