
Qadınlardan ibarət 3x3 basketbol millimiz FİBA Çempionlar Kubokunun finalına vəsiqə qazanıb.
ANmedia.az Prosport.Az-a istinadən xəbər verir ki, bu gün Tailandın paytaxtı Banqkokda qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda yarımfinal oyunları keçirilib.
Millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib. Finalda rəqibimiz Niderland seçməsi olacaq. Oyun Bakı vaxtı ilə saat 14:05-də baş tutacaq.
Xatırladaq ki, yığmamız əvvəlcə B qrupunda Kanadaya 10:16 uduzsa da, meydan sahibi Tailandı 21:8, İspaniyanı isə 16:11 məğlub edərək 2-ci kimi yarımfinala vəsiqə qazanmışdı.
Qeyd edək ki, turnirin qalibi növbəti il keçiriləcək FIBA 3x3 Çempionlar Kuboku və FIBA 3x3 Dünya Kubokuna, eləcə də 2028-ci ildə baş tutacaq Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








