
22 ölkə birgə bəyanatda Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunmasına töhfə verməyə hazır olduqlarını bildirib.
ANmedia.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, ölkələr İranın Fars körfəzində mülki ticarət gəmilərinə, mülki infrastruktura, o cümlədən neft-qaz obyektlərinə hücumlarını və Hörmüz boğazını faktiki bloklamasını qətiyyətlə pisləyirlər.
Sənədi BƏƏ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Cənubi Koreya, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya imzalayıblar.
Bu ölkələr mülki infrastruktur, o cümlədən neft-qaz obyektlərinə hücumlara dərhal və hərtərəfli moratorium tətbiq etməyə çağırıblar.
Qeyd edək ki, ABŞ və İsrailin hərbi əməliyyatından sonra İran dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını gəmiçilik üçün bağlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








