Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 339,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % az vəsait yönəldilib.
Anmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 11,2 % azallb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 12,1 % artıb.
İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və yaxud 73,5 %-i məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı və yaxud 17,9 %i- xidmət sahələrinə, 114,8 milyon manatı və yaxud 8,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və yaxud 58,2 %-ni daxili vəsaitlər təşkil edib, 815,9 milyon manatı və yaxud 60,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2 aylıq investisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 75 %, büdcə vəsaitləri 10,4 %, əhalinin şəxsi vəsaitləri 9,4 %, sair vəsaitlər 4,7 %, bank kreditləri isə 0,5 % paya malik olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin