Azərbaycan banklarının kartları da Rusiya ərazisində işləməyəcək.
Anmedia.az xəbər verir ki, buna səbəb "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan etməsidir. Artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib.
Qeyd edək ki, banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin