
İsrail ordusu İrana qarşı hərbi əməliyyatları ən azı üç həftə davam etdirməyi planlaşdırır.
ANmedia.az xəbər verir ki, bu barədə CNN telekanalına İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin məlumat verib.
"Qarşıda minlərlə hədəfimiz var. ABŞ ilə koordinasiya edərək planlarımızı ən azı yəhudi bayramına qədər - təxminən üç həftə həyata keçirməyə hazırıq. Bundan sonra daha üç həftə üçün də geniş planlarımız mövcuddur", - deyə Defrin bildirib.
O qeyd edib ki, SAXAL-ın fəaliyyəti konkret vaxt qrafiki ilə deyil, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə müəyyən olunur. Bu tapşırıqlar isə "İran rejiminin zəiflədilməsi" məqsədi daşıyır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








