Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Anmedia.az AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 54,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 mart 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 3,7 dəfə artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin