
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Vana şəhərində yerləşən hərbi bazaya zərbə endirib.
ANmedia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət Pakistanın Hayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan dairəsinin inzibati mərkəzində yerləşən hərbi obyektdən gedir. Əfqanıstan tərəfi zərbənin Pakistan Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəndəhar əyalətinə endirdiyi hücuma cavab olaraq həyata keçirildiyini bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








