Bu il yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 180,546 milyon manat təşkil edib.
Anmedia.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,7% azalaraq 1 807 olub.
BFB-nin dövriyyəsinin 51%-i, yaxud 1 622,241 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 26,1 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 144,157 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,4 dəfə artaraq 1 414,149 milyon manat olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin