Rusiya qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanıdıqdan sonra geosiyasi vəziyyətin kəskinləşməsi dünya bazarlarında qızılın bahalaşmasına səbəb olub.
Anmedia.az xəbər verir ki, dünya birjalarına nəzər salsaq qızılın bahalaşdığını görərik. Belə ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,54 %, yaxud 10,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 910,05 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,83 % artaraq, 1 unsiyası 24,192 ABŞ dolları təşkil edib.
İnvestorlar bu addımı geosiyasi gərginliyin artması kimi qəbul edib. Ənənəvi olaraq, qiymətli metal qlobal risklərin mövcudluğu şəraitində sığınacaq aktiv hesab olunur.
Analitiklər hesab edirlər ki, qızılın qiyməti Rusiya və Ukrayna arasında cərəyan edən hadisələrə uyğun olaraq dəyişəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin