Azərbaycan Mərkəzi Bankı (AMB) bu il bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin rəqəmsal bankçılıq kanallarına düşən payını 80%-ə çatdırılmasını hədəfləyir.
Anmedia.az AMB-yə istinadən verdiyi məlumata görə, bundan əlavə, requlyator ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisini 40%-ə çatdırmaq niyyətindədir. Hazırda bu göstərici 30% civarındadır.
Qeyd edək ki, 2021-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin həcmi 224,5 mlrd. manat təşkil edib, sözügedən məbləğin 73%-i (163,1 mlrd. manat) məhz rəqəmsal bankçılığın payına düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin