
2021-ci ildə Azərbaycanda elektrik enerjisi üzrə 212 ədəd (56 ədədi 0,4 kV-luq şəbəkədən, 156 ədədi isə yüksək gərginlikli şəbəkədən) elektrik qurğusu üçün istismara buraxılış aktı verilib.
Bu barədə Anmedia.az-a Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyindən bildirilib.
Məlumata görə, elektrik qurğuları üçün istismara buraxılış aktının verilməsinə dair müraciətlər araşdırılarkən aşağıdakı tipik pozuntu halları aşkar edilib.
- layihədən kənara çıxmalar;
- təhlükəsizlik texnikasına dair tədbirlərin görülməməsi;
- ölçü-sınaq sənədlərinin tam olmaması.
Agentlik pozuntuların aradan qaldırılması üçün sifarişçilərə metodiki yardım göstərib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








