2022-ci ilin yanvar ayında istehlak qiymətləri 2021-ci ilin yanvar ayına nisbətən 12,5% artıb.
Anmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,1%, qeyri-ərzaq məhsulları 5,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1% bahalaşıb.
2022-ci ilin yanvar ayında istehlak qiymətləri müqayisədə isə 1,6% artıb.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.
Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin