 Azərbaycan Dövlət Turizm Agentliyi və Kamboca Turizm Nazirliyi turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Azərbaycan Dövlət Turizm Agentliyi və Kamboca Turizm Nazirliyi turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.ANmedia.az Report-a istinadən xəbər verir ki bu barədə Kamboca KİV-i məlumat yayıb, sənəd Azərbaycan hökumət nümayəndə heyətinin Pnompenə səfəri çərçivəsində imzalanıb.
Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Məlumata görə, memorandum iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsinə yönəlib.
"Azərbaycan Kamboca ilə turizm sahəsində əməkdaşlıq və təcrübə mübadiləsində maraqlıdır. Eyni zamanda, biz qarşılıqlı şəkildə turistlərin sayının artırılmasını təşviq etmək istəyirik", - E.Məmmədov yerli jurnalistlərə bildirib.
O qeyd edib ki, Anlaşma Memorandumu Azərbaycan Dövlət Turizm Agentliyi ilə Kamboca Turizm Nazirliyi arasında sıx əməkdaşlığın qurulmasına kömək edəcək və buna Azərbaycan Xarici İşlər Nazirliyi də dəstək verəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








