
ANmedia.az xəbər verir ki, bu barədə Reporta-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 31,2 % çoxdur.
Eyni zamanda, yük daşımalarından əldə edilən gəlir 2 milyard 657,35 milyon manat (+23,5 %) təşkil edib. Bunun da 2 milyard 655,893 milyon manatı beynəlxalq reyslərin payına düşüb. Daxili daşımalardan əldə olunan gəlir isə 1,3 % azalaraq 1,457 milyon manat olub.
Sərnişin aviadaşımaları 2 milyard 99 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 42,4 % çoxdur. Bu məbləğin 2 milyard 39,555 milyon manatını beynəlxalq reyslər, 59,445 milyon manatını isə daxili reyslər təmin edib.
Ötən ildə hava nəqliyyatı ilə 418,8 min ton yük (+17,2 %) və 4,04 milyon sərnişin (+38,9 %) daşınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin