
ANmedia.az "Report-a" istinadən xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələcəyə baxdıqda görünür ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığı geniş və böyük perspektivlərə malikdir: “Çin iki ölkənin prezidentlərinin konsensusunu həyata keçirmək və ikitərəfli münasibətlərin daha fəal inkişafına töhfə vermək üçün bütün səylərini səfərbər edərək Azərbaycanla əməkdaşlığa hazırdır".
Bununla yanaşı, diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hər iki tərəf "Bir kəmər və bir yol" təşəbbüsünün birgə inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) tikintisinin təşviqi ilə bağlı bir sıra razılaşmalar əldə edib.
"Çin Azərbaycanla və bu marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır ki, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və yük daşımalarının səmərəliliyini daim artırsın. Eyni zamanda, ölkə Çin və Avropa arasında Xəzər dənizi vasitəsilə təhlükəsiz və sabit birbaşa ekspress-marşrutun birgə qurulması istiqamətində əməkdaşlığa hazırdır", - diplomat bildirib.
Səfir xatırladıb ki, 2023-cü ilin oktyabrında Çin sədri Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində təşəbbüsün həyata keçirilməsini dəstəkləyən 8 addımı açıqlayıb: "Buraya "Çin-Avropa" marşrutu üzrə yük qatarlarının inkişafı və Orta Dəhlizin inşasına qoşulmaq daxildir.
Çin tərəfinin irəli sürdüyü təşəbbüslər Azərbaycanın öz nəqliyyat potensialını üzə çıxarmaq üçün Orta Dəhlizdən istifadə etməklə bağlı inkişaf strategiyasına uyğundur və ölkə tərəfindən müsbət qarşılanıb".
Onun sözlərinə görə, 2024-cü ildə ümumilikdə 369 qatar hərəkət edib: "Bu göstərici isə illik hesablamada 36 dəfədən çox artıb".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin