 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Bakının Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Bakının Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edir.Anmedia.azbu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yeni yol qovşağı layihənin 1,8-ci km-lik hissəsində inşa edilir. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir. Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.
Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edəcək.
Xatırladaq ki, sözügedən ərazidə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatana qədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi işıqforlar quraşdırıb.
Bununla əlaqədar olaraq, sürücülərə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








