Azərbaycanın sığorta bazarının bu ilki trendləri daşınmaz əmlakın icbari sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, KASKO və könüllü tibbi sığorta növləri üzrə olacaq.
Anmedia.az xəbər verir ki, bunu Report-a Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib. Onun sözlərinə görə, sığorta sektoru üçün 2022-ci ilin ən az ötən il qədər məhsuldar və uğurlu olacağı proqnozlaşdırılır:
"Beynəlxalq risk dərəcələndirmə agentliklərinin artıq qlobal bazarlar üçün cari illə bağlı risk və sığorta proqnozları açıqlanıb. Biz də ölkəmizin sığorta sektoru ilə bağlı cari il üzrə ehtimal edilən trend və tendensiyalarını müəyyənləşdirmişik. Hesab edirik ki, 2022-ci ildə ölkəmizdə 4 sığorta istiqaməti daha aktual olacaq.
Bunlardan ilk olanı daşınmaz əmlakın icbari sığortasıdır. Ölkəmizdə həm aktiv-işlək əmlak sayında davam edən artım, həm dünyada qeydə alınan qlobal iqlim dəyişiklikləri və bunun nəticəsi olaraq fəsillərdə müşahidə olunan qeyri-sabit hava şəraiti, eyni zamanda insanların ehtiyatsızlığı daşınmaz əmlak risklərini qaçılmaz edir. Məhz bunu nəzərə alaraq deyə bilərik ki, 2022-ci ildə daşınmaz əmlakın icbari sığortası aktual istiqamətlərdən olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin