Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib.
Anmedia.az xəbər verir ki, Bankdan verilən məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Agentliyin fikrincə, Azərbaycanın iqtisadi və sahələr üzrə riskləri ilə bağlı qiymətləndirmə 9 səviyyəsindədir. Bu səbəbdən də qeyd olunan risklər üzrə tendensiyalar sabit olaraq qalır. Hazırda dünya üzrə bir çox dövlətlər, müəssisələr və təsərrüfat sahələri “COVID-19”un mənfi iqtisadi təsirini məhdudlaşdırmaq üçün strateji prosedurlar hazırlayır.
Hesabatda qeyd olunur ki, “Kapital Bank”ın “stabil” proqnozu adekvat kapitallaşma səviyyəsinin, sabit əmanət portfelinin və yüksək likvidliyinin növbəti 12 aylıq dövr ərzində bankın kredit qabiliyyətini dəstəkləyəcəyinə dair gözləntiləri əks etdirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin