Türkdilli dövlətlər arasında maliyyə şəbəkəsi böyüyür.
ANmedia.az xəbər verir ki, Avropada yaşayan türklərdən tutmuş Türkdilli dövlətlərə qədər geniş əhatəyə malik maliyyə şəbəkəsi günü-gündən böyüyür. Türk dövlətləri arasında qurulan, pulsuz pul köçürmələrini təmin edən sistem Avropada yaşayan türklərində böyük marağına səbəb olub.
Türk dünyasının maliyyə tətbiqi olan Turan türk dövlətləri ilə yanaşı Avropada yaşayan türkləri də özünə cəlb edib . Turan tətbiqi vasitəsilə Almaniya, Avstriya, Fransa, Hollandiya və Macarıstandakı bütün banklara komissiyasız pul köçürülməsinə başlanılıb. Avropa və Türkdilli dövlətlər arasında 100 faiz rəqəmsal, təhlükəsiz pul köçürmə dəhlizləri qurmağı hədəfləyən proqram, hədəf bazarına baxmayaraq, cəmi 20 ayda 400.000-dən çox müştəri cəlb edə bilib. 2023-cü ilin yanvar ayında Azərbaycanla ilk beynəlxalq pul köçürülməsini həyata keçirən şirkət eyni il istifadəçilərinə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və KKTC-yə pul köçürmə xüsusiyyətini də təklif etdi.
Pul köçürmələri edilə bilən ölkələr sırasına Avropanı da əlavə edən tətbiq, Türküstanla Avropa arasında maliyyə körpüsünə çevrilərək türklərin ortaq qitələrarası maliyyə tətbiqi olmaq yolunda böyük bir addım atıb. Turan-ın baş direktoru Özgür Bayraqdar, “21-ci əsrdə türk dövlətləri strateji mövqeləri, zəngin enerji qaynaqları və güclü mədəni əlaqələri ilə mühüm regional güc olma potensialına çatacaqlar.
Bu potensialın reallaşdırılması üçün regional əməkdaşlığın artırılması böyük əhəmiyyət kəsb edir. İqtisadi, maliyyə və ticarət sahələrində birlik olmadan türk birliyinə nail olmaq mümkün deyil. Əsas məqsədimiz, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir türkün tətbiqimizə daxil ola bilməsini və sərhədləri aşaraq maliyyə əməliyyatları həyata keçirə bilməsini təmin etmək və "İşdə Birlik" vizyonunun tamamlayıcı elementi olmaqdır. Bu mənada bu gün Payporter ilə birlikdə həyata keçirdiyimiz Avropa genişlənməsi bizim üçü böyük strateji əhəmiyyətə malikdir.
Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin