22 may tarixindən Bakıda “Fəlakətli Risklərə Dayanıqlı Maliyyə Sistemi” adlı konfransı öz işinə başlayıb.
ANmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfrans Azərbaycan Mərkəzi Bankı, Azərbaycan İcbari Sığorta Bürosu və T-Ruptun töhfələri ilə keçirilir.
Türkiyə -Azərbaycan sığorta sektorunu bir araya gətirən “Fəlakət Risklərinə Dayanıqlı Maliyyə Sistemi” konfransı iki gün davam edəcək. Konfransda katastrofik risklərin maliyyə təsirləri və bu təsirlərin proqnozlaşdırılması mövzuları ətrafında təcrübə mübadilələri də aparılacaqdır. Konfrans çərçivəsində sığorta sektoru üçün zəlzələ və digər təbii fəlakətlər üzrə təkrarsığorta modelləşdirilməsi və tədbiqi məsələləri ilə bağlı təqdimatlar keçiriləcək və təkliflər irəli sürəcəklər.
Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin