OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.
Anmedia.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 1,06% bahalaşaraq, 1 bareli 89,47 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,17% artaraq, 1 bareli 87,83 ABŞ dolları təşkil edib.
İnvestorlar OPEC+ alyansının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.
Analitiklər hesab edir ki, Ukrayna ətrafında mövcud olan geosiyasi gərginlik də bazardakı qiymətlərə təsir edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin