Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 9 milyard 087,1 milyon manat təşkil edib.
ANmedia.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunun 6 milyard 895,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9%-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 007,7 milyon manatı dövlət, 7 milyard 079,4 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və yaxud bir il əvvələ nisbətən 177,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin